05 
Okt
2024
20:55
909

“Mənim artıq baş nazirliyə namizədim var” - Prezident

Koalisiya hökuməti quracağı təqdirdə, Gürcüstan prezidentinin artıq baş nazir vəzifəsinə öz namizədi var.

InterPress.ge xəbər verir ki, Salome Zurabişvili seçdiyi şəxsin kim olduğunu dəqiqləşdirməsə də, “TV Pirveli” telekanalına müsahibəsi zamanı bu barədə özü açıqlama verib.

"Xartiyada yazılıb ki, baş nazir mənimlə məsləhətləşərək seçilməlidir. Mənim artıq namizədim var. İndi deməyəcəyəm, çünki əvvəlcə partiyalarla məsləhətləşib, razılığa gəlməliyik", - deyə o bildirib.

Siyasi keçmişi olan namizəd olub-olmaması ilə bağlı suala Zurabişvili belə cavab verib:

“Xeyr, mən bir şeyə əminəm ki, bu gün biz hökuməti elan etməliyik, seçicilər onların kim olacağını əvvəlcədən bilməlidirlər və onlar yüksək səviyyəli peşəkarlar olmalıdırlar”,- Salome Zurabişvili deyib. 

Prezidentin sözlərinə görə, bazar ertəsi o, müxalif siyasi partiyalarla nazirliyə namizədlərlə bağlı məsləhətləşmələrə başlayacaq.  

Bizimlə əlaqə saxlayın