04 
Okt
2024
16:16
436

Aİ institutları Gürcüstan hakimiyyəti ilə bütün yüksək səviyyəli görüşləri dayandırmaq qərarına gəliblər

Avropa İttifaqı təsisatları Gürcüstan hakimiyyətinin nümayəndələri ilə bütün yüksək səviyyəli görüşləri dayandırmaq qərarına gəliblər.

InterPress.ge xəbər verir ki, bu barədə Avropa İttifaqının Gürcüstandakı səfiri Pavel Hervinski bildirib.

Onun mətbuata verdiyi məlumata görə, Avropa İttifaqı Gürcüstan hökumətinin Avropaya qarşı ritorikasına görə Gürcüstana yüksək səviyyəli səfərlər etməmək və Gürcüstan hökumətinin nümayəndələri ilə Brüsseldə yüksək səviyyəli görüşlər keçirməmək qərarına gəlib.

“Sizə deyə bilərəm ki, artıq bu ilin iyun ayında biz üzv dövlətlərimizlə Avropa İttifaqına qarşı qeyri-dost hesab etdiyimiz Gürcüstan hakimiyyətinin münasibətinə necə yanaşmaq barədə daxili müzakirə apardıq. Həmçinin biz anti-Qərb və anti-Avropa povestinə, təbliğatına və konspirasiya nəzəriyyəsinə necə yanaşmalı olduğumuzu müzakirə etdik və Avropa İttifaqı olaraq Gürcüstanın hazırkı hökuməti ilə yüksək səviyyəli əlaqə saxlamamağa qərar verdik və buna görə son aylarda Gürcüstana yüksək səviyyəli səfərlər olmayıb, Brüsseldə Gürcüstan hökumətinin nümayəndələri ilə yüksək səviyyəli görüşlər olmayıb. Bir daha təkrar edirəm, Avropa İttifaqının təsisatları Gürcüstan hökumətinin nümayəndələri ilə bütün yüksək səviyyəli görüşləri dayandırmaq qərarına gəliblər”, - Pavel Herçinski bildirib.

Bizimlə əlaqə saxlayın