03 
Okt
2024
20:05
704

Əhməd İmamquliyev niyə VMH partiyasının siyahısında yer almaq istəmədiyinə aydınlıq gətirib

Əhməd İmamquliyev Facebook sosial şəbəkəsində niyə VMH partiyasının siyahısında yer almaq istəmədiyinə aydınlıq gətirib.

InterPress.ge xəbər verir ki, siyasətçi bununla bağlı sosial şəbəkədə yazıb.

“Dünən yazdığım statusu bəzi dostlarımız səhv anladılar. Həqiqət belədir!

Dostlar mən heç bir siyasi partiyanın üzvü deyiləm və heç bir partiyanın siyahısında yoxam. Mən VMH partiyasının təklifindən sonra, onlardan siyahının 20-dən 22 arası məni yazmaqlarını istəyirdim ki, ən azından bizim Borçalı türklərinin səsi Kirkitadze, Sanikidze, Botkoveli, Okriaşvili, Nağopiya və tanımadığınız başqa gürcü kökənli deputat mandatı əldə etməsinə getməsin. 

VMH partiyası ən azından millətimiz Borçalı türklərinin səsi ilə beş deputat mandatı əldə edir, lakin partiya siyahısında ön sırada (30-nəfər arasında) bir nəfər bilə Borçalı türkü yazmır. Yəni millətin səsi hədər olur!

Bir sözlə desək, onlar mənimlə razılaşmadı. 

Lakin VMH daxilində olan erməni klanı və Gürcü Arzusu DTX-ilə birlikdə istədilər ki, mənim adımı siyahının son sıralarına yazsınlar ki, xalqın arasında mənə olan etibarı qıralar-sındıralar. 

Amma oyunları alınmadı. 

Ümumi Gürcüstanda bizim Borçalı türkləri arasında seçkiyə gedən seçicilərin sayını nəzərə alsaq, bu hardasa təxminən 150 min nəfərdən çox edir. Bu isə o deməkdir ki, parlamentdə ən azı bizim millətdən 10 nəfər millət vəkili mandatı qazanmalıdır və təmsilcimiz olmalıdır. 

Ən azı son 12 ildə 3 dəfə parlament seçkiləri oldu və hər dəfəsində siz bu iki partiyadan onlarla millət vəkili (deputat) göndərdiz parlamentə, lakin bu günə kimi heç bir partiyanın deputatlarının səsi bir kərə belə sizin, yəni biz Borçalı türklərinin problemlərini dilə gətirmədilər. 

Və mən əminəm ki, bu gün də siyahının önündə olan gürcü kökənlilər sizin səzinizlə millət vəkili (deputat) mandatı qazanacaq amma və lakin eyni səssizliyi qoruyacaqlar”, - deyə o yazıb.

Bizimlə əlaqə saxlayın