ABŞ səfirliyi: Gürcüstanın Qərbdən təcrid olunması onun xalqının maraqlarına ziddir
"Gürcüstanın Qərbdən təcrid olunması onun xalqının maraqlarına ziddir"
InterPress.ge xəbər verir ki, by barədə ABŞ-ın Gürcüstandakı səfirliyi sosial şəbəkədə yazır.
Səfirliyin məlumatına görə, ölkə təcrid şəraitində inkişaf edə bilməz.
“Ölkə təcrid olunmuş vəziyyətdə inkişaf edə bilməz. Gürcüstanın Qərbdən təcrid olunması onun xalqının maraqlarına ziddir”, - səfirliyin bəyanatında deyilir.
Məlumat üçün bildirək ki, ABŞ-ın Gürcüstandakı səfirliyi ölkə hökumətinin siyasətinə və Gürcüstanın yüksək rütbəli məmurlarının əsas mesajlarına sosial şəbəkələrdə yazılar və “kart”larla cavab verir. ABŞ səfirliyinin artıq postlar yaydığı mesajlar arasında Gürcüstanda ikinci cəbhənin açılması və “Gürcü arzusu”nun yaradıcısı Bidzina İvanişvilinin “Credit Suisse” ilə münasibətləri də var.


