28 
Sen
2024
21:35
141

Şalva Papuaşvili: Bu gün Gürcüstan iqtisadi artıma görə Avropada bir nömrəli ölkədir

”Avropa İttifaqında kasıb və iqtisadi cəhətdən uğursuz ölkəni heç kim qəbul etmir”.

InterPress.ge xəbər verir ki, bunu Gürcüstan parlamentinin sədri Şalva Papuaşvili Kaxetidə “Gürcü Arzusu”nun seçiciləri ilə keçirilən tədbirdən sonra bildirib.

“Avropa İttifaqında iqtisadi cəhətdən uğursuz ölkəni heç kim qəbul etməyəcək. Bu gün və sabah heç kim bizə Avropa Birliyinin qapısını açmayacaq, bizdə belə bir illüziya olmamalıdır, bunun üçün özümüzü gücləndirməliyik, Avropa Birliyində itməmək üçün layiqincə zəngin ölkə olmalıyıq”, - Şalva Papuaşvili bildirib.

Onun sözlərinə görə, bu gün Gürcüstan iqtisadi artıma görə Avropada bir nömrəli ölkədir.

"Bütün Avropa ölkələri ilə müqayisədə biz bir nömrəli ölkəyik, adambaşına düşən daxili məhsulla böyük genişlənmə zamanı yeni üzv dövlətlərin göstəricisini artıq ötmüşük", - Şalva Papuaşvili bildirib

Bizimlə əlaqə saxlayın



Digər xəbərlər