Davit Şerazadaşvili Faxralı, İmirhəsən, Qoçulu və Cəfərli kəndlərinin sakinləri ilə görüşüb
“Gürcü Arzusu - Demokratik Gürcüstan” partiyasının Bolnisi, Dmanisi, Tetritskaro və Tsalka təmsilçisi Davit Şerazadişvili seçki kampaniyası çərçivəsində əhali ilə görüşlərini fəal şəkildə davam etdirir.
InterPress.ge xəbər verir ki, nümayəndə Faxralı, İmirhəsən, Qoçulu və Cəfərli kəndlərinin sakinləri ilə görüşüb.
O, yerli sakinlərlə cari siyasi prosesləri müzakirə edib.
O, həmçinin tamamlanmış, davam edən və planlaşdırılan layihələri ümumiləşdirib.
“Biz illərdir ki, kənd əhalisinin gündəlik həyat şəraitinin yaxşılaşdırılması üçün çalışırıq və bu məqsədlə kəndlərdə bir sıra mühüm infrastruktur layihələri həyata keçirilib.
Hazırda Talaveridə (Faxralı) su təchizatı sisteminin bərpası işləri davam etdirilir. Çapalada (Qoçulu) dövlət məktəbi tam təmir olunur.
Oktyabrın 26-da keçiriləcək parlament seçkilərinin ölkəmizin dinc inkişafı üçün nə qədər əhəmiyyətli olduğunu həmvətənlərimizə bir daha xatırlatdıq”, - Davit Şerazadişvili bildirib.