Kaxa Kaladze: Gürcüstanın maraqlarına əsaslanaraq, biz qarşılıqlı bağışlama və barışıq addımları atmalıyıq
Gürcüstanın maraqlarına əsaslanaraq, biz qarşılıqlı bağışlama və barışıq addımları atmalı, ərazi bütövlüyünü bərpa etmək üçün etimadı bərpa etməliyik.
InterPress.ge xəbər verir ki, bu barədə Tbilisi meri Kaxa Kaladze jurnalistlərə açıqlamasında bildirib.
Onun sözlərinə görə, etimad və sonrakı ərazi bütövlüyü dinc yolla bərpa edilməlidir.
“Sentyabrın 27-si Soxuminin süqutu günüdür. Müharibə nəticəsində əldə etdiyimiz nəticələr, itirilmiş ərazilər, həlak olan dinc əhali, qəhrəman əsgərlərimiz, on minlərlə qaçqın əhali daha ağırdır. Təbii ki, bu ağrını heç nə səngidə bilməz, lakin Gürcüstanın maraqlarından çıxış edərək, biz qarşılıqlı bağışlama və barışıq addımları atmalıyıq, etimad bərpa olunmalıdır ki, ərazi bütövlüyünü bərpa edək. Hesab edirəm ki, yalnız sülh, inkişaf, qarşılıqlı hörmət, bağışlama və sülh yolu ilə etimadı bərpa etmək, bir-birinə, ölkənin ərazi bütövlüyünə qayıtmaq olar. Biz bunu qəhrəman əsgərlərin xatirəsinə görə etməyə borcluyuq və gələcək nəsil qarşısında məsuliyyətimiz var”, - deyə Kaxa Kaladze bildirib.


