26 
Sen
2024
14:16
146

Gürcüstanın maliyyə naziri Çin Xalq Respublikasının maliyyə naziri ilə görüşüb

Asiya İnfrastruktur İnvestisiya Bankının (AIIB) illik iclası çərçivəsində maliyyə naziri Laşa Xutişvili Çin Xalq Respublikasının maliyyə naziri Lan Fuan ilə görüşüb.

InterPress.ge xəbər verir ki, bu barədə məlumatı Maliyyə Nazirliyi yayıb.

Məlumatla görə, görüşdə maliyyə nazirinin müavini Ekaterine Quntsadze də iştirak edib.

“Görüşdə ikitərəfli əməkdaşlıq məsələlərinə dair müzakirələr aparılıb. Laşa Xutişvili həmkarına Çin hökumətinin Gürcüstana həm maliyyə, həm də texniki yardım baxımından göstərdiyi dəstəyə görə təşəkkür edib. Görüşdə həmçinin Gürcüstanın tranzit imkanlarının gücləndirilməsinin vacibliyi vurğulanıb, bunun üçün bir sıra infrastruktur layihələri həyata keçirilir. Görüşün sonunda tərəflər iki ölkə arasında əməkdaşlığın fəal şəkildə davam edəcəyinə ümidvar olduqlarını bildiriblər. Asiya İnfrastruktur İnvestisiya Bankının (AIIB) illik toplantısına 2024-cü ildə Özbəkistanın Səmərqənd şəhəri ev sahibliyi edəcək”, - deyə yayılan məlumatda qeyd olunub.

Bizimlə əlaqə saxlayın