20 
Sen
2024
10:23
198

ABŞ işğal altındakı Sxinvali bölgəsində fəaliyyət göstərən banka sanksiya tətbiq edib

ABŞ işğal altındakı Sxinvali bölgəsində fəaliyyət göstərən banka sanksiya tətbiq edib. Buna səbəb Şimali Koreya sanksiya tətbiqini pozmasıdır.

InterPress.ge xəbər verir ki, MRB Bank 2015-ci ildə Rusiya rejimi tərəfindən müvəqqəti işğal olunmuş Sxinvali bölgəsində yaradılıb. O, Cənubi Osetiya Mərkəzi Bankından fəaliyyət lisenziyası alıb.

Bankın saytında heç bir maliyyə məlumatı dərc olunmur, ona görə də ötən illərdə hansı gəlir əldə etdiyi məlum deyil. ABŞ Maliyyə Nazirliyinin məlumatına görə, çirkli pulların yuyulması sxemini Rusiya Mərkəzi Bankı təşkil edib, onun icazəsi ilə müvəqqəti işğal olunmuş Cənubi Osetiyada MRB Bank yaradılıb və bu bank vasitəsilə Şimali Koreyada olan müştərilərə milyonlarla dollarlıq əməliyyatlar həyata keçirilib. 

Xatırladaq ki, MRB Bank ötən il Rusiyanın işğalı altında olan Donetsk, Luqansk və Zaporojyaya transferlərə görə Avropa Birliyi tərəfindən sanksiyaya məruz qalmışdı.

Bizimlə əlaqə saxlayın



Digər xəbərlər