Batumidə liftin düşməsi nəticəsində 1 nəfər həlak olub.
Bu barədə InterPress.ge yerli TV25 nəşrinə istinadən xəbər verir.
Bildirilib ki, lift 16-cı mərtəbədən düşüb və orada olan şəxs yerindəcə ölüb.
Hadisə yerinə təcili tibbi yardım, xilasedicilər, yanğınsöndürənlər və polis briqadaları səfərbər olunub.
Əlavə məlumat hələlik məlum deyil.
