Parlament “Ailə dəyərləri və yetkinlik yaşına çatmayanların müdafiəsi haqqında” qanun layihəsini üçüncü oxunuşda təsdiqləyib
Parlamentdə “Ailə dəyərləri və yetkinlik yaşına çatmayanların müdafiəsi haqqında” qanun üçüncü oxunuşda təsdiqlənib.
InterPress.ge xəbət verir ki, LGBT təbliğatına qarşı hazırlanan layihə hakim çoxluq tərəfindən 84 səslə yekdilliklə qəbul edilib.
Qanunvericilik paketi 19 qanun layihəsindən ibarətdir. Bunlardan başlıcası “Ailə dəyərləri və yetkinlik yaşına çatmayanların müdafiəsi haqqında” layihəsi, qalan 18-i isə ondan irəli gələn layihələrdir. Qanunvericilik paketinin müəllifi və təşəbbüskarları parlamentin sədri Şalva Papuaşvili və çoxluğun üzvləri: - Mamuka Mdinaradze, Anri Oxanaşvili, Rati Yonatamişvili, Maka Boçorişvili, Davit Matikaşvili, Tengiz Şarmanaşvili, İrakli Şatakişvili və Sozar Subaridir.
Qanun layihəsinə əsasən, nikah Gürcüstan qanunvericiliyi ilə müəyyən edilmiş tələblərə cavab verərək ailə yaratmaq məqsədi ilə kişi və qadın arasında könüllü birləşmədir.
Hər hansı digər növ birliyin nikah kimi qeydə alınmasına və/və ya hüquqi aktla nikah kimi tanınmasına yol verilmir.
Həmçinin, heç bir bioloji cinsə aid olmayan və ya bioloji cinsindən fərqli cinsə aid olan və/və ya cinsi oriyentasiyası heteroseksuallıq kateqoriyasına aid olmayan şəxsin yetkinlik yaşına çatmayanı övladlığa götürməsinə yol verilmir.
Qanun layihəsinə görə, qanun dərc edildiyi gündən 60-cı gündə qüvvəyə minəcək.
“Ailə dəyərləri və yetkinlik yaşına çatmayanların müdafiəsi haqqında” qanun layihəsinə əsasən, mayın 17-si Ailənin müqəddəsliyi və valideynlərə ehtiram günü elan ediləcək və bayram günü olacaq.


