Ümumdünya Səhiyyə Təşkilatı ilk "meymun çiçəyi" peyvəndini təsdiqləyib
Ümumdünya Səhiyyə Təşkilatı ilk "meymun çiçəyi "peyvəndini təsdiqləyib.
InterPress.ge xəbər verir ki, KİV-in məlumatına görə, bu, xəstəliyə qarşı mübarizə üçün nəzərdə tutulmuş ilk rəsmi təsdiq edilmiş dərmandır.
Dərman 18 yaşdan yuxarı insanlar üçün iki dozalı peyvənd kimi təsdiq edilib.Bununla belə, ÜST-nin məlumatına görə, hamilə qadınlar və azyaşlılar tərəfindən də istifadə edilə bilər.
ÜST həmçinin tədarükün məhdud olduğu hallarda bir dozanın istifadəsini tövsiyə edir, lakin təhlükəsizlik və effektivliyə nəzarətin zəruriliyini vurğulayır.
Meymun çiçəyi peyvəndi istehsalçısı Bavarian Nordic, qarşıdakı 12-18 ay ərzində 50 milyondan çox peyvəndin hazır olacağını söyləyib.
Qeyd edək ki,bu il Afrikada meymun çiçəyi ən azı 643 nəfərin ölümünə səbəb olub.


