05 
Sen
2020
13:16
807

Bu gün Gürcüstanda koronavirusa yoluxanların haradan olduqları açıqlandı

"Hal-hazırda Covid mərkəzlərdə 319 xəstə müalicə alır".

InterPress.ge xəbər verir ki, bu barədə Tbilisinin Yoluxucu Xəstəliklər Xəstəxanasının boks şöbəsinin rəhbəri Marina Endeladze məlumata verib.

Onun sözlərinə görə, 25 yeni yoluxma hadisəsindən 9-u "Donna klasteri" ilə əlaqədardır.

"Hal hazırki mərhələdə Covid mərkəzlərdə 319 xəstə müalicə alır. Yeni yoluxma sayına gəlincə bu gün koronavirusun 25 yeni yoluxma halı qeydə alınıb. Buradan 9-u Dona klasterindən, 8-i virusdaşıyıcıları ilə təmasda olandır, 3-ü xaricdən daxilolmadır, buradan 1-i yük avtomobili sürücüsüdür, 3-nün Acaraya gediş-gəliş tarixçəsi var, 1-i isə Rustavinin Aversi klinikasının əməkdaşıdır, birinin isə yoluxma mənbəyi epidemioloqlar tərəfindən araşdırılır. Bununla yanaşı 8 nəfər isə sağalıb", - dedi Endeladze.

Bizimlə əlaqə saxlayın