Rusiyanın “Ozon” elektron platforması Gürcüstanda fəaliyyətə başlayıb.
InterPress.ge xəbər verir ki, platformun rəsmi internet saytında yerləşdirilən məlumata görə, müştəri sifariş etdiyi malları Tbilisi, Batumi, Kutaisi, Poti, Zuqdidi, Rustavi, həmçinin Xaşuri, Borjomi, Ambrolauri, Ozurqeti və s. digər şəhərlərdən təhvil ala biləcəklər.
Gürcüstanda işə başlaması ilə bağlı press-reliz Ozon şirkətinin saytında dərc olunmayıb. Avqust ayında şirkət Azərbaycanda işləməyə başladıqlarını açıqlamışdı.
