04 
Sen
2020
14:51
836

Xarici İşlər Naziri vətəndaşların xaricdən gətirilməsi haqda danışdı

"Gürcüstan Avropa İttifaqına üzv olmayan təhlükəsiz 10 ölkə siyahısında qalmaqdadır".

InterPress.ge xəbər verir ki, bu barədə Xarici işlər naziri David Zalkaliani açıqlama verib.

Onun jurnalistlərə verdiyi müsahibəsində bildirir ki, dünyada epidemioloji vəziyyətdən irəli gələrək dünyada mövcud məhdudiyyətlər fonunda sentyabr ayında 70 aviauçuş planlaşdırılıb. Onlardan 30-u müntəzəm uçuşdur.

"İctimaiyyətimiz yaxşı bilir ki, pandemiya başladığı gündən hökumətimiz vətəndaşların ölkəyə qayıtması üçün zəruri addımlar atır. Dünyada mövcud məhdudiyyətlərə baxmayaraq sentyabr ayında 70 aviareys nəzərdə tutulub ki, bunlardan 30-u müntəzəm uçuşlardır. Bizim əsas məqsədimiz xaricdən qayıdan və Gürcüstanda yaşayan vətəndaşlarımızın təhlükəsizliyini təmin etməkdir. Təhlükəsiz şəkildə gəldikləri kimi təhlükəsiz şəkildədə geri qayıtmalıdırlar. Bu siyahı 2 həftədən bir yenilənir. Bildiyiniz kimi, Avropa İttifaqı Gürcüstanı təhlükəsiz ölkələr siyahısına daxil edib. Gürcüstan Aİ -na üzv olmayan 10 ölkə siyahısında qalmaqdadır", - dedi D. Zalkaliani.

Bizimlə əlaqə saxlayın



Digər xəbərlər