Marneulili boksçu Rəhim Məmmədov Serbiyada keçirilən beynəlxalq turnirin mükafatçısı olub.
InterPress.ge xəbər verir ki, Serbiyada boks üzrə 42-ci beynəlxalq ənənəvi “Golden Glove” turniri keçirilib.
Gürcüstanın gənclərdən ibarət milli komandasının üzvü, Marneuli Bələdiyyəsi idman məktəbinin gənc boksçusu Rəhim Məmmədov 51 kq çəki dərəcəsində iştirak edərək üçüncü yeri tutub.
