Gürcüstan bu il 48,6 milyon dollar dəyərində elektrik enerjisi satıb
Bu ilin yanvar-iyul aylarında Gürcüstan 48,6 milyon dollar dəyərində yerli istehsal olunmuş elektrik enerjisi satıb.
InterPress.ge xəbər verir ki, ötən ilin eyni dövründə ölkədən 77,4 milyon dollarlıq elektrik enerjisi ixrac edilib.
Məlumata görə, elektrik enerjisinin ixracı 37% azalıb.
Onu da qeyd edək ki, ən çox elektrik enerjisi Gürcüstandan Türkiyəyə ixrac edilir. Sözügedən ölkənin ixrac olunan elektrik enerjisində payı 82,5 faiz təşkil edir.
Bu ilin yanvar-iyul aylarında Gürcüstan dörd ölkəyə elektrik enerjisi ixrac edib. Daha dəqiq desək, məlumatlar belə görünür:
Türkiyə - 40,07 milyon dollar dəyərində;
Ermənistan - 5,87 milyon dollar dəyərində;
Azərbaycan - 2,57 milyon dollar dəyərində;
Rusiya - 64,9 min dollar dəyərində.


