
Yaxın günlərdə hava necə olacaq? - açıqlama
Yaxın günlərdə Qərbi Gürcüstanda isti və yağmursuz hava şəraiti, Şərqi Gürcüstanın bəzi rayonlarında isə yüksək temperatur fonunda qısamüddətli yağış yağacağı, şimşək çaxacağı gözlənilir.
InterPress.ge xəbər verir ki, bu barədə Milli Ətraf Mühit Agentliyi məlumat yayıb.
“Tbilisidə yağmursuz hava olacaq. Havanın temperaturu gündüz +34, +36 dərəcə təşkil edəcək. Sahil rayonlarında (Batumi, Kobuleti, Anaklia, Poti): hava isti və yağmursuz keçəcək. Havanın temperaturu gündüz +32, +34 dərəcə təşkil edəcək.
Qərbi Gürcüstanın düzənlik rayonlarında (Zestafoni, Kutaisi, Samtredia, Zuqdidi, Martvili, Ozurqeti): isti və yağmursuz hava gözlənilir. Havanın temperaturu gündüz +36, +38 dərəcə təşkil edəcək.
Qərbi Gürcüstanın dağlıq rayonlarında (Ambrolauri, Oni, Tsageri, Şovi, Çiatura, Saçxere, Xulo, Rikoti aşırımı): isti və yağmursuz hava gözlənilir. Havanın temperaturu gündüz +34, +36 dərəcə təşkil edəcək.
Qərbi Gürcüstanın dağlıq rayonlarında (Mestia, Baxmaro): hava şəraitinin yağmursuz keçəcəyi gözlənilir. Havanın temperaturu gündüz +30, +32 dərəcə təşkil edəcək.
Kartlidə (Rustavi, Bolnisi, Marneuli, Qardabani, Qori, Sxinvali): yüksək temperatur fonunda bəzi yerlərdə qısamüddətli yağış yağacağı, şimşək çaxacağı ehtimalı var. Havanın temperaturu gündüz +34, +36 dərəcə təşkil edəcək.
Kaxetidə (Saqareco, Telavi, Qurcaani, Siqnaqi, Laqodexi, Kvareli, Axmeta, Dedoplistskaro): yüksək temperatur fonunda bəzi yerlərdə şimşək çaxacaq qısamüddətli yağış yağa bilər. Havanın temperaturu gündüz +34, +36 dərəcə təşkil edəcək.
Şərqi Gürcüstanın dağlıq rayonlarında (Axalsixe, Borjomi, Duşeti, Tianeti, Fasanauri): yüksək temperatur fonunda bəzi yerlərdə şimşək çaxacaq qısamüddətli yağış yağa bilər. Havanın temperaturu gündüz +33, +35 dərəcə təşkil edəcək.
Şərqi Gürcüstanın dağlıq rayonlarında (Axalkalaki, Tsalka, Bakuriani, Qudauri, Omalo): bəzi yerlərdə qısamüddətli yağış yağacağı, şimşək çaxacağı ehtimalı var. Gün ərzində havanın temperaturu +25, +27 dərəcə təşkil edəcək”, - deyə Ətraf Mühitin Mühafizəsi üzrə Milli Agentliyin yaydığı məlumatda bildirilir.