
Dövlət karantində saxlanılan bir vətəndaşımız üçün gündəlik neçə lari xərc çəkir?
"Dövlət tərəfindən karantinə ödənilən məbləğə insanların mehmanxanalara yerləşdirilməsini, 3 dəfə qidalandırılmasını və gigiyena vasitələri ilə təmin edir".
InterPress.ge xəbər verir ki, bu barədə Turizm administrasiyasının rəhbəri Mariam Kvrivişvili açıqlama verib.
"Dövlət tərəfindən karantinə ödənilən məbləğə insanların mehmanxanalara yerləşdirilməsini, 3 dəfə qidalandırılmasını və gigiyena vasitələri ilə təmin edir. Bu məbləğ gecə gündüz ərzində 50 larini əhatə edir. Qudauridə artıq isitmə sistemləri qurulmalıdır, sentyabrdan isə fərqli tariflərə başlayacağıq", - deyə Kvrivişvili qeyd edib.
Onun sözlərinə görə, karantin üçün ödənən məbləğin həcmi vaxta görə dəyişir çünki karantinə əhalinin yerləşdirilməsi davam edir.