15 
Avq
2024
16:13
615

Avqustun 19-dək gözlənilən hava proqnozu açıqlandı

Avqustun 16-17-də Gürcüstanın bəzi rayonlarında qısamüddətli yağış yağacağı, şimşək çaxacağı, avqustun 18-dən isə hava şəraitinin yağmursuz keçəcəyi gözlənilir.

InterPress.ge xəbər verir ki, bu barədə Milli Ətraf Mühit Agentliyi  məlumat yayıb.

Məlumata görə, avqustun 16-17-də Tbilisidə qısamüddətli yağış, avqustun 18-19-da isə hava şəraitinin yağmursuz keçəcəyi gözlənilir. Havanın temperaturu gündüz +30, +32 dərəcə təşkil edəcək. 

Sahil rayonlarında (Batumi, Kobuleti, Anaklia, Poti) hava yağmursuz keçəcək. Havanın temperaturu gündüz +28, +30 dərəcə təşkil edəcək.

Qərbi Gürcüstanın aran rayonlarında (Zestafoni, Kutaisi, Samtredia, Zuqdidi, Martvili, Ozurqeti) avqustun 16-da yağış yağacağı, avqustun 17-də isə yağmursuz hava şəraiti gözlənilir. Havanın temperaturu gündüz +33, +35 dərəcə təşkil edəcək.

Qərbi Gürcüstanın dağlıq rayonlarında (Ambrolauri, Oni, Tsageri, Şovi, Çiatura, Saçxere, Xulo, Rikoti aşırımı) avqustun 16-da yağış yağacağı, avqustun 17-də isə yağmursuz hava şəraiti gözlənilir. Havanın temperaturu gündüz +30, +32 dərəcə təşkil edəcək. Qərbi Gürcüstanın dağlıq rayonlarında (Mestia, Baxmaro) avqustun 16-da yağış yağacağı, avqustun 17-də isə yağmursuz hava şəraiti gözlənilir. Havanın temperaturu gündüz +27, +29 dərəcə təşkil edəcək. 

Kartlidə (Rustavi, Bolnisi, Marneuli, Qardabani, Qori, Sxinvali) avqustun 16-17-də qısamüddətli yağış yağacağı, şimşək çaxacağı, avqustun 18-19-da hava şəraitinin yağmursuz keçəcəyi gözlənilir. Havanın temperaturu gündüz +31, +33 dərəcə təşkil edəcək. Avqustun 16-17-də Kaxetidə (Saqareco, Telavi, Qurcaani, Siqnaqi, Laqodexi, Kvareli, Axmeta, Dedoplistskaro) şimşək çaxacağı, qısamüddətli yağış yağacağı, dolu düşəcəyi, güclü küləyin əsəcəyi ehtimalı var. Avqustun 18-19-da isə hava yağmursuz keçəcək. Havanın temperaturu gündüz +31, +33 dərəcə təşkil edəcək. 

Şərqi Gürcüstanın dağlıq rayonlarında (Axaltsix, Borjomi, Duşeti, Tianeti, Fasanauri) avqustun 16-17-də şimşək çaxacağı, qısamüddətli yağış yağacağı, dolu və küləyin güclənəcəyi, avqustun 18-19-da hava şəraitinin yağmursuz keçəcəyi gözlənilir. Havanın temperaturu gündüz +29, +31 dərəcə təşkil edəcək. Şərqi Gürcüstanın dağlıq rayonlarında (Axalkalaki, Tsalka, Bakuriani, Qudauri, Omalo) avqustun 16-17-də şimşək çaxacağı, qısamüddətli yağış yağacağı, avqustun 18-19-da hava şəraitinin yağmursuz keçəcəyi gözlənilir. Havanın temperaturu gündüz +22, +24 dərəcə təşkil edəcək.

Bizimlə əlaqə saxlayın