
Ədliyyə Evinin qarşısındakı körpünün sökülməsi ilə əlaqədər avtomobillərin hərəkəti məhdudlaşdırılır
Ədliyyə evinin qarşısındakı körpünün sökülməsi ilə əlaqədar olaraq gecə saatlarında Mtkvarinin sağ sahilində avtomobillərin hərəkəti müvəqqəti olaraq məhdudlaşdırılacaq.
InterPress.ge xəbər verir ki, bu barədə Tbilisi meriyası məlumat yayıb.
Məlumata əsasən, məhdudiyyət avqustun 12-dən avqustun 15-dək saat 00:00-dan 05:00-dək qüvvədə olacaq.
"Mtkvarinin sağ sahilində gecə saatlarında avtomobillərin hərəkəti müvəqqəti məhdudlaşdırılacaq. Ədliyyə Evinin qarşısındakı piyada körpüsünün sökülməsi ilə əlaqədar Mtkvarinin sağ sahilində avtomobillərin hərəkəti müvəqqəti olaraq məhdudlaşdırılacaq. Nəqliyyat vasitələrinin hərəkətinə məhdudiyyət avqustun 12-dən avqustun 15-dək saat 00:00-dan 05:00-dək qüvvədə olacaq. Bu gecə Qalaktioni körpüsündən Barataşvili körpüsü istiqamətində yol bağlanacaq. Tbilisi meriyası yaranmış narahatçılığa görə üzr istəyir!'' - deyə bəyanatda yazılıb.