Kaxa Kaladze - ölkədə ifadə və söz azadlığı ən yüksək səviyyədə qorunur
Bu gün ölkədə ifadə və söz azadlığı ən yüksək səviyyədə qorunur və mən şəxsən bunu alqışlayıram. Bu gün əksinədir, hakimiyyətdən sui-istifadə edilir, hakimiyyətə qarşı hansısa çirkab işlədilir və bu istiqamətdə çoxlu misallar çəkə bilərik.
InterPress.ge xəbər verir ki, bu barədə bu barədə paytaxtın meri Kaxa Kaladze mətbuata danışarkən deyib.
Tbilisi merinin sözlərinə görə, əvvəlki hökumətlə müqayisədə Gürcüstanın indiki hökuməti bu istiqamətdə böyük irəliləyiş əldə edib və köklü şəkildə fərqli dəst-xəttə malikdir.
“Bu vacibdir və mən bütün bunları alqışlayıram ki, əslində irəliləyiş görən təşkilatlar var. İlləri xatırlayırıq, keçmişə qayıdıb keçmişdən danışmağı xoşlamıram, amma ölkədə baş verənləri xatırlayıb danışmaq və sonra bugünkü vəziyyətimizlə paralel aparmaq vacibdir. Bizdə köklü şəkildə dəyişmiş və fərqli bir vəziyyət var, Gürcüstanın indiki hakimiyyəti kökündən fərqli dəst-xəttə malikdir və təbii ki, bu münasibət gələcəkdə də davam edəcək. Bizim üçün başlanğıc nöqtəsi insanlar və insan hüquqlarıdır. Kiminsə fərqli fikri ola bilər, amma buna haqqı var. Mən çox şadam ki, adıçəkilən təşkilatlar düzgün qiymət veriblər”, - deyə Kaxa Kaladze bildirib.


