Bu gün Mixeil Saakaşvilinin məhkəməsi keçiriləcək
Bu gün Gürcüstanın dövlət sərhədini qanunsuz keçməkdə təqsirləndirilən sabiq prezident Mixail Saakaşvilinin məhkəməsi keçiriləcək.
InterPress.ge xəbər verir ki,iİclas saat 15:00-da Tbilisi Şəhər Məhkəməsində keçiriləcək.
Təqsirləndirilən eks-prezident iclasa Vivamed klinikasından uzaqdan qatılacaq.
Bugünkü prosesdə Mixail Saakaşvilinin vəkilləri işə baxan hakim dəyişdirildiyi üçün işin yenidən araşdırılması üçün vəsatət qaldıra bilərlər.
Xatırladırıq ki, Mixail Saakaşvilinin sərhədi qanunsuz keçməsi ilə bağlı istintaq 2021-ci il oktyabrın 1-də başlayıb. Sözügedən iş çərçivəsində daha 4 nəfərə - Elquja Tsomaya, Zurab və Şalva Tsotsori və Giorgi Nərimanidzeyə qarşı ittiham irəli sürülüb. Sözügedən işə ayrıca baxılır, onlar zaminə buraxılıblar.


