Tbilisidə Arif Əliyevin 65 illiyinə həsr olunmuş anım tədbiri keçirilib
25 iyul tarixində, Tbilisidə Arif Əliyevin 65 illiyinə həsr olunmuş anım tədbiri keçirilib.
InterPress.ge xəbər verir ki, anım tədbiri Qafqaz Hüquq və İnteqrasiya Mərkəzinin təşkilatçılığı ilə keçirilib.
Tədbiri Qafqaz Hüquq və İnteqrasiya Mərkəzinin icraçı direktoru Rezo Həsənov tədbiri açıq elan edib, daha sonar mərhum Arif Əliyevin, eyni zamanda Gürcüstanın və Azərbaycanın ərazi bütövlüyü uğrunda həlak olmuş şəhidlərin xatirəsi bir dəqiqəlik sükütla yad edilib.
Sözügedən tədbirdə, Azərbaycan Respublikasının Gürcüstandakı fövqəladə və səlahiyyətli səfiri Faiq Quliyev, “SOCAR Energy Georgia” şirkətinin baş direktoru Mahir Məmmədov, Soydaş İctimai Birliyinin sədri Kamran Ramazanlı və digər ziyalılar çıxış edərək Arif Əliyev haqqında xatirələrini bölüşüblər.
Anım Tədbirində bir sıra ziyalılar, gənclər və QHT rəhbərləri iştirak ediblər.
Qeyd edək ki, Arif Əliyev 1959-cu il iyul ayının 25-də Bolnisi rayonunun Faxralı kəndində ziyalı ailəsində anadan olub. “Gürcüstan Neft və Qazçıxarma” idarəsində aparıcı mütəxəssis qismində ilk əmək fəaliyyətinə başlayan Arif Əliyev 2007-ci ildən Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) Gürcüstan nümayəndəliyində əmək fəaliyyətini davam etdirib. O, burada sosial layihələrə rəhbərlik edib və qısa müddətdə burada böyük hörmət və nüfuz qazanıb. Onun təşəbbüsü və birbaşa rəhbərliyi ilə Gürcüstanın müxtəlif bölgələrində sosial yönlümlü çoxsaylı layihələr həyata keçirilib. Arif Əliyev ömrünün sonuna kimi SOCAR-ın Gürcüstan nümayəndəliyində çalışıb.