Yuri Kim: Suveren ərazilərinizi işğal etmiş bir ölkə ilə dost olmağa çalışmağın ağlabatan olduğuna əmin deyiləm
"Suveren ərazilərinizi işğal etmiş bir ölkə ilə dost olmağa çalışmağın ağlabatan olduğuna əmin deyiləm."
InterPress.ge xəbər verir ki, bu barədə ABŞ dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisinin müavini Yuri Kim bildirib.
“Rusiya tarixi qəribə şəkildə dəyişmək istəyi və Kremlin Yaxın Xaricə hökmranlıq etməsi inancından başqa heç bir əsaslı səbəb olmadan bir neçə qonşu ölkəni işğal edib. Nəzərə alın ki, Gürcüstan ərazisinin 20%-i hələ də Rusiyanın işğalındadır. Mən sizin suveren ərazilərinizi işğal etmiş bir ölkə ilə dost olmağa çalışmağın ağlabatan olduğuna əmin deyiləm”, - Yuri Kim bildirib.
Kim Çinlə olan münasibətlərdən də danışıb.
“Çin Xalq Respublikasının texnologiyadan, kreditlərdən, borc tələlərindən necə istifadə etməsi, onun infrastruktur layihələrinə cəlb edilməsi, nəticədə yerli əhaliyə fayda verməyən və əslində onlara zərər vuran bir asılılıq yaratması barədə çoxlu məlumat var. Çernoqoriya xalqından soruşun ki, borc toruna düşmək necə idi. Şri Lankadan soruşun. Bu siyahı uzundur. Bölgədəki qonşularınızdan Çinlə münasibətlərin nə qədər yaxın olduğunu soruşun”, - Kim deyib.


