NATO artıq Gürcüstanın üzvlük istəklərinin səmimi olduğuna inanmır- Patrik Törner
“Gürcüstanın NATO-ya üzv olacağına dair dəqiq vədi var idi, lakin NATO-ya üzv olmaq istəyən ölkələr öz yanaşmalarını və yollarını dəyişəndə,daxili siyasi dəyişikliklər digər üzvlərə inamsızlığa səbəb olanda, onlar artıq Gürcüstanın NATO-ya üzv olmaq istəyinin səmimi olduğuna inanmayanda, əlbəttə ki, bunun nəticələri olacaq"
InterPress.ge xəbər verir ki,bunu “Azadlıq” radiosuna müsahibəsində NATO baş katibinin keçmiş köməkçisi və hazırda NATO-nun Ukraynadakı nümayəndəliyinin rəhbəri Patrik Törner deyib.
Onun sözlərinə görə, alyansa qoşulmaq həm müttəfiqlər, həm də Gürcüstanın özü üçün çətin sınaq olardı.
"NATO təzyiq göstərməyə öyrəşməyib, heç kəsi güc yolu ilə alyansa sürükləmir. NATO-nun yanaşması belədir - Ukrayna ilə bağlı gördüyümüz kimi - riayət edilməli olan standartlar var və bundan sonra alyans müzakirələr aparacaq və konsensusa əsaslanan qərar verəcək. Gürcüstanın NATO-ya daxil olmasına gəldikdə isə, hesab edirəm ki, siz standartlara cavab versəniz belə, bu, həm müttəfiqlər, həm də Gürcüstanın özü üçün yenə də çətin problem olacaq”, - Patrik Törner bildirib.


