22 
Iyl
2024
04:05
984

Təzəkənddə iki avtomobil toqquşub - FOTO

Dünən axşam saatlarında Marneuli bələdiyyəsinin Təzəkənd kəndində avtomobil qəzası baş verib. 

InterPress.ge xəbər verir ki, qəza zamanı Bmw markalı avtomobil və Opel markalı avtomobil toqquşub. 

Toqquşma nəticəsində hər iki avtomobil idarəni itirərək yoldan çıxıb.

Hadisə yerindən şahidlərin verdiyi məlumata əsasən, iki nəfər yüngül xəsarətlər alıb. 

Hadisə yerinə Daxili İşlər Nazirliyinin Yol patrul xidmətinin əməkdaşları gələrək faktla bağlı araşdırmaya başlayıb.

 

Bizimlə əlaqə saxlayın