
Qızılhacılı kənd sakinləri etiraz edirlər - FOTO
18 iyul tarixində Marneuli bələdiyyəsinin Qızılhacılı kənd sakinləri uzun müddətdir mövcud olan, içməli su probleminə görə etiraz aksiyası keçiriblər.
InterPress.ge xəbər verir ki, Qara Cöyrəoğlu küçəsinin sakinləri susuzluq problemindən illərdir əziyyət çəkdiklərini, dəfələrlə su idarəsinə müraciət etmələrinə baxmayaraq hələ də məsələnin problem olaraq qalmaqda davam etdiyini bildiriblər.
Sakinlərin sözlərinə görə, yaxınlıqdakı digər küçələrə qrafik ilə su verilsə də onların yaşadığı küçəyə su verilmir və sakinlər məcbur qalaraq içməli suyu xüsusi su maşınından pul ilə alırlar.
“Biz dəfələrlə onlara müraciət edərək problemlə yerindən tanış olmaları üçün çağırmışıq, anacaq heçkəs gəlib maraqlanmayıb. Susuz qalmışıq. (su idarəsinin məsul şəxsi) rövşənə zənk edirik telefonu üzümüzə söndürür. Digər küçədə su gəlir ancaq bizim buraya su gəlmir, gəldikdə isə az birşey gəlib həmən kəsilir. Bir aydır bu vəziyətdəyik.” – deyə bizimlə söhbəti zamanı Q.Cöyrüoğlu küçəsinin sakini bildirdi.
Digər şikaytçi sakin isə, zənk etdiyini və cavab olaraq onların su borularında problem olduğu cavabını alıb.
“Zənk edərək müraciət etdim ki, su problemimiz var dəfələrlə sənə bildirmişik bəs nə oldu, o isə problemin bizim su borularında olduğunu bildirdi. Yoldaşım dəfələrlə getdi axtardı ancaq heç bir problemlə rastlaşmadı. Yağmur yağdıqda iki üç gün normal su gələr, ancaq günəş çıxdığı zaman biz görmürük.” – deyə sakin bildirdi.
Məsələ ilə bağlı Gürcüstanın Birləşmiş Su təchizatı şirkətinin Marneuli Xidmət mərkəzinə müraciət etdik. Sözügedən mərkəzdən, yaranmış problem barədə məlumatın olmadığını ancaq məsələ ilə bağlı maraqlanacaqlarını və problemin aradan qaldırılması üçün işlərin aparılacaqını bildirildi.
Qeyd edək ki, Marneulidə su təchizatı kanalizasiya sisteminin tikintisi işləri həyata keçirilir. Lahiyə başa çatdıqdan sonra Marneuli və ətraf kəndlərin əhalisi 24 saatlıq su təchizatından və yeni kanalizasiya infrastrukturundan yararlana biləcəklər.