Hökumət nümayəndələrinin Tasua yürüşündə işitrak etməmələrinə Hacı Hacıyev münasibət bildirdi
“Yəqin bəzi şeyləri nəzərə alaraq “Tasua yürüşündə” özləri iştirak etməyi məsləhət görməyiblər”.
InterPress.ge xəbər verir ki, bu sözləri Marneuli Mərkəzi İmam Əli Məscidinin axundu və imamcüməsi Hacı Hacıyev hökumət nümayəndələrinin Tasua yürüşündə iştirak etməmələrinə münasibət bildirərkən deyib.
Onu sözlərinə görə, hökumət nümayəndələri Tasua yürüşündə hər il iştirak edirdilər.
“Hər il olurdu, iştirak edirdilər. Özləri-özlərinə sual versinlər ki, bu il niyə iştirak etmədilər. Çünki, bizim rayon çox acınacaqlı vəziyyətdədir. Yəqin bəzi şeyləri nəzərə alaraq özləri iştirak etməyi məsləhət görməyiblər. Yəqin ki, başqa cür gəlib yaxından görüşüb bizimlə söhbət eliyərlər və bizdə öz dərdimizi onlarla bölüşərik”. – deyə Hacı Hacıyev bildirib.