12 
Iyl
2024
14:07
307

Parlament sədri: Biz 16 ildir ki, NATO-nun açıq qapısında dayanmışıq

"Uzun müddət açıq qapıda olanda bu ikitərəfli küləkdə adam üşüyə bilər. NATO üzvü olan ölkələr bu barədə düşünməlidirlər."

InterPress.ge xəbər verir ki, bu sözləri Parlamentin sədri Şalva Papuaşvili jurnalistlərə NATO haqqında danışarkən deyib.

Papuaşvilinin sözlərinə görə, Gürcüstan uzun illərdir ki, Şimali Atlantika Alyansına qoşulmağı gözləyir, ancaq 16 ildir ki, bu açıq qapıda dayanır.

“Polşa prezidenti Anjey Duda 2008-ci ildə Buxarestdə demişdi ki, Almaniya və Fransa Gürcüstanın NATO-ya qəbuluna mane olaraq, Rusiyaya təcavüz etmək üçün müəyyən imkan veriblər. Ona görə də NATO üzvləri 2008-ci ildə nə etdikləri barədə düşünməlidirlər. Polşa prezidentinin bu bəyanatının, bir neçə həftə sonra Rusiyanın növbəti təcavüzü ilə əlaqəsi olub-olmadığını görə bilərsiniz. Biz şərtlər istəmirik, həll yolları istəyirik. 16 ildir bu açıq qapıda dayanmışıq. Eduard Şevardnadzenin o vaxt dediyi kimi, bu sözlər bu gün də aktualdır: uzun müddət açıq qapıda olanda bu ikitərəfli küləkdə adam üşüyə bilər. Ona görə də NATO-ya üzv ölkələr bu barədə düşünməlidirlər ki, təhlükəsizlik vədlərlə müəyyən olunmur, təhlükəsizlik qərarlarla təmin edilir. Gördük ki, təəssüflər olsun ki, Ukrayna ilə bağlı da əlavə qərar verilmədi, 16 il əvvəl Ukrayna və Gürcüstan haqqında deyilənləri təkrarladılar, Ukrayna NATO-ya üzv olacaq. Nə vaxt olacaq, necə olacaq və s. məlum deyil, baxmayaraq ki, Ukrayna 2 ildən artıqdır ki, Avropanın müdafiəsi üçün mübarizə aparır və NATO özü bu müharibəni belə qiymətləndirir, çünki Ukraynaya kömək edir.

Qəhrəman Ukrayna xalqının 2 ildən artıqdır ki, rus qoşunlarını cilovlamaq üçün cəbhəsi olmasına baxmayaraq, biz Ukrayna ilə bağlı əlavə qərarın verilmədiyini gördük”, - deyə Papuaşvili bildirib.
 

Bizimlə əlaqə saxlayın



Digər xəbərlər