11 
Iyl
2024
17:39
1104

Meriya Marneuliyə yardımın ayrılmaması xəbərlərinə aydınlıq gətirdi

Bir neçə həftə əvvəl, Marneuli Munisipalitetində yağan güclü yağışlar nəticəsində zədələnmiş infrastruktur bərpa olunur. Yerli hakimiyyət bu məsələ ilə bağlı mərkəzi hakimiyyət və Dövlət Nümayəndəsi administrasiyası ilə sıx koordinasiyadadır.

InterPress.ge xəbər verir ki, bu barədə Marneuli Meriyası məlumat yayıb.

Məlumata əsasən, hazırda müvafiq prosedurlar aparılır. Marneuli Munisipaliteti Meriyası, təbii fəlakət nəticəsində zədələnmiş infrastrukturun bərpası ilə bağlı layihənin satın alınması üçün tender elan edib. Sözügedən tender bu il iyulun 9-da başa çatdırılıb. Layihələndirmə işləri başa çatdıqdan sonra, zədələnmiş infrastruktur bərpa olunacaq.

Məlumat üçün bildirək ki, ilk gündən etibarən "Təbii Fəlakətin Aradan Qaldırılması" fondundan pul ayrılıb və yerli büdcədən Ağkörpü və Şaumyan kəndlərində zədələnmiş yollar bərpa edilib. Həmçinin, İmir kəndinə 360 metr uzunluğunda boru xətti çəkilib və 13 kəndin 1 800 abonentinə içməli suyun verilməsi bərpa edilib. Qaçağan kəndində su nasos stansiyası yenidən qurulub. Yeni transformator, yüksək gərginlikli elektrik ötürücü xətləri və dayaq dirəkləri quraşdırılıb. Təbii fəlakət nəticəsində zədələnmiş infrastrukturun bərpası məqsədilə müvafiq xidmətlər fasiləsiz iş rejimində çalışıb.

*Bir sıra cəhdlərə baxmayaraq, siyasi manipulyatorlar dezinformasiya kampaniyası ilə əhalini çaşdıra bilmədilər. Çünki hökumətin fəlakətdən zərər çəkmiş vətəndaşları yardımsız qoyması ilə bağlı apardıqları dezinformasiya kampaniyası, bu günədək yaydıqları bütün digər məlumatlar kimi yalandır. Onların bu hərəkətləri əhalimizi çaşdırmaq, yerli və ya mərkəzi hakimiyyəti diskreditasiya etmək məqsədi daşıyır.

Yerli və mərkəzi hakimiyyət hər zaman vətəndaşların maraqlarını nəzərə alaraq hərəkət edir. Hazırkı vəziyyətdə də bu belədir, zədələnmiş infrastruktur bərpa olunacaq, fəlakətdən zərər çəkmiş əhali isə diqqətdən kənarda qalmayacaq”, - deyə məlumatda bildirilir.

Bizimlə əlaqə saxlayın