Bizimlə əlaqəHaqqımızda—
Ən son:
TVCANLI

Kaladze: Gürcüstan Aİ-nin vəsaiti dondurmaq qərarına baxmayaraq, ordunu lazım olan hər şeylə təmin edəcək

270
Kaladze: Gürcüstan Aİ-nin vəsaiti dondurmaq qərarına baxmayaraq, ordunu lazım olan hər şeylə təmin edəcək
Dinləmək üçün basın

“Gürcüstan hakimiyyəti Avropa İttifaqının ölkənin Müdafiə Nazirliyinə ayrılan 30 milyon avroluq vəsaiti dondurmaq qərarına baxmayaraq, ordunu lazım olan hər şeylə təmin edəcək”.

“Gürcüstan hakimiyyəti Avropa İttifaqının ölkənin Müdafiə Nazirliyinə ayrılan 30 milyon avroluq vəsaiti dondurmaq qərarına baxmayaraq, ordunu lazım olan hər şeylə təmin edəcək”.

InterPress.ge -nin məlumatına görə, bu barədə jurnalistlərə "Gürcü arzusu " partiyasının baş katibi Kaxa Kaladze bildirib.

“Hərbçilərimizin sülhməramlı missiyalarda NATO ölkələrindən daha çox sayda təmsil olunmasına görə minnətdarlığımızı aldıq. Və bu gün Avropa İttifaqı çıxıb deyir ki, hərbçilərə göndəriləcək vəsaiti dondurub, pulu da (Gürcüstanın keçmiş ombudsmanı Nino) Lomjariya və (QHT nümayəndəsi Eka) Qiqauriyə verəcək.

Ordu heç nə itirməyəcək. Hakimiyyət ordunun ən yaxşı vəziyyətdə olması üçün lazım olan hər şeyi edəcək. Hökumət bu ölkənin suverenliyini, dövlətçiliyini, ölkəmizin hər bir vətəndaşını qoruyur. Sülh həyat bahasına xilas olacaq. Biz heç bir sanksiyalara qoşulmağı planlaşdırmırıq. Bizə sabitlik və ölkənin inkişafı lazımdır”, - deyə partiyanın baş katibi yekunlaşdırıb.

Xəbəri qiymətləndir
Məqalənin müəllifiAysel İsmayılova

Son xəbərlər

Aİ Ukraynaya dron və döyüş sursatlarının alınması üçün 1,71 milyard avro ayırıbAİ Ukraynaya 8 milyard avroyadək maliyyə dəstəyi ayıracaqGürcüstanda xaricdə tanınan ümumi təhsil proqramlarının tətbiqi qaydası dəyişirGASU “AGORA” adlı yeni beynəlxalq tələbə layihəsinə start veribGürcüstanda iribuynuzlu mal-qara və donuzların sayı son 20 ilin minimumuna düşübSon xəbərlərə bax →