.jpeg)
Kaxa Kaladze: Qeyri-hökumət təşkilatları adlarını saxlasalar da, siyasi partiyalara çevriliblər
Paytaxt meri Kaxa Kaladze “Franklin Club”ın təsisçilərindən biri Aleksandr Zibzibadzenin müxalifətlə vətəndaş cəmiyyəti tərəfdaşlığı ilə bağlı açıqlamasına sərt reaksiya verib.
InterPress.ge xəbər verir ki, Kaladze jurnalistlərə açıqlamasında deyib ki, “Bu, uzun müddətdir danışdığımız şeyin etirafı və təsdiqidir”
Kaladze bildirib ki, buna görə də şəffaflıq haqqında qanunun qəbulu vacib idi.
“Qeyri-hökumət təşkilatları öz adını saxlasalar da, siyasi partiyalara çevriliblər. Onlar xaricdən maliyyələşir, ona görə də biz bu haqda danışırdıq ki, bu proses şəffaf olmalıdır. Necə təsəvvür edirsiniz, inkişaf etmiş ölkədə qeyri-hökumət təşkilatı deyilən bir qurum çıxıb siyasi proseslərə müdaxilə edər. Franklin klubu, müxtəlif ekstremist təşkilatlar haradan maliyyələşir, onları kim maliyyələşdirir?! Sizi yanıltmayım deyə, araşdırın baxın və bunun haradan maliyyələşdiyini görəcəksiniz. Ona görə də şəffaflıq qanununun qəbulu vacib idi, ona görə də bizim sözdə dostlarımız bütün bunların əleyhinə idilər, çünki açıq şəkildə bu qarışıqlığı maliyyələşdirə bilməyəcəkdilər. Bizə deyəndə ki, qeyri-hökümət sektoru müxtəlif məqsədlər üçün maliyyələşdirilir, məsələn, ağır demanslı uşaqlar üçün valideyn təlimi keçirilməlidir deyəndə, əslində inqilabdan danışırdılar. Bu narahatçılığa yol verməmək üçün ona görə də “Şəffaflıq haqqında qanun”un qəbul edilməsi vacib idi.” – deyə Kaladze açıqlamasında bildirib.