Marneuli Nərimanov küçəsinin sakinləri zibil qalıqlarının toplanılmamasına görə etiraz edir - VİDEO
5 iyul tarixində Marneuli şəhəri Nəriman Nərimanov küçəsində yaşayan sakinlər zibil qalıqlarının toplanılmamasına görə etiraz edib.
InterPress.ge xəbər verir ki, sakinlər məsələyə dərhal diqqət yetirilməsini tələb ediblər.
Etiraz üçün toplaşan sakinlər 15 gündür ki, zibilin toplanılmadığını, nəticədə orada vəziyyətin pis olduğunu və üfunət qoxusundan yaxınlıqda dayanmağın mümkün olmadığını qeyd ediblər.
Marneuli bələdiyyə məclisinin üzvü Ramal Əhmədov hadisə yerinə gələrək vətəndaşların etirazına qoşulub və aidiyyatı qurumlarla əlaqə saxlayaraq xalqın tələbi əsasında zibilin təmizlənməsi üçün müraciət edib.
Sözügedən ərazidə yaranan problem ilə bağlı aidiyyatı qurum ilə əlaqə saxladıq. Qurum tərəfindən bildirildi ki, N.Nərimanov küçəsində zibil qalıqlarının təmizlənmə prosesi günlük rejimdə həyata keçirilir.
“Qeyd olunan ərazidə hansısa şirkət tərəfindən tender əsasında yolların kəsilməsinə görə zibil qalıqlarının təmizlənməsi üçün 10 gündür oraya iş maşınları girə bilmirdi. Qeyd olunan ərazidəki yolda yaranan vəziyyət iş maşınlarının oraya girərək zibili təmizləməsinə imkan vermirdi. İmkan yaranan kimi biz xüsusi maşın “ekskavator” icarəyə götürərək, oradakı zibili dərhal təmizlədik.
Diqqətinizə çatdırmaq istəyirəm ki, N.Nərimanov küçəsində zibil qalıqlarının təmizlənmə prosesi günlük rejimdə həyata keçirilir. Hər gün zibil təmizlənir.” – deyə qurumdan verilən məlumatda qeyd olunub.
Qeyd edək ki, Vətəndaşların etirazından qısa müddət sonra oradaki zibilin toplanması üçün iş maşınları cəlb olunub və zibil təmizlənib.
Daha ətraflı video materialda