Batumidə paraşütün düşməsi nəticəsində 1 turist ölüb, 1 turist isə yaralanıb.
InterPress.ge xəbər verir ki, onlar ər-arvad olublar.
Mövcud məlumata görə, paraşütün düşməsinə güclü külək səbəb olub.
Yaralı təcili tibbi yardım briqadası tərəfindən xəstəxanaya çatdırılıb, qadın yerindəcə dünyasını dəyişib.
Hadisə yerinə müvafiq xidmətlər səfərbər edilib.
.jpeg)