Telavidə 14 yaşlı Aytac Şahmarovanı qətlə yetirməkdə təqsirləndirilən Alim Sadıqova ömürlük həbs cəzası verilib.
InterPress.ge xəbər verir ki, Aytac Şahmarova oktyabrın 6-da Kaxetidə, Saqareco bələdiyyəsinin Ləmbəli kəndində odlu silahla qətlə yetirilib.
Qətli törətməkdə günahlandırılan 28 yaşlı “həyat yoldaşı” oktyabrın 10-da tutulub.
Cinayəti xəbər verməmək və zorla ərə vermək ittihamı ilə daha 4 nəfər saxlanılıb - Aytac Şahmarovanın anası, dayısı, qətldə təqsirləndirilən şəxsin əmisi və əmisi oğlu. Onların hamısı barəsində həbs qətimkan tədbiri seçilib.
