01 
Iyl
2024
13:07
332

Qaxaria: İvanişvili hökumət nümayəndəsini şəxsi nümayəndə kimi ABŞ-a göndərib

"Gürcü Arzusu” nun fəxri sədri Bidzina İvanişvili hökumət nümayəndələrindən birini “şəxsi nümayəndə” kimi Amerikaya göndərib.

InterPress.ge xəbər verir ki, bu barədə “Gürcüstan naminə” partiyasının lideri Giorgi Qaxariya açıqlama verib.

Onun sözlərinə görə, İvanişvilinin problemlərini həll etmək üçün Amerikaya göndərilən şəxs, güc strukturunun təmsilçisidir.

“Bizim Hakimiyyət burda elə bir mövqedə dayanıb ki, biz nəsə, öz suverenliyimiz və başqalarının fikri ilə maraqlanmırıq, ürəklərini rahat saxlamağa çalışırlar amma əslində o qədər qorxurlar ki, nümayəndə arxasınca nümayəndə göndərirlər, bəlkə birtəhər orada nə baş verdiyini anlayalar. İndi də başqa nümayəndə göndəriblər, poçtalyon, kifayət qədər yüksək səviyyəli, Bidzina İvanişvili tərəfindən göndərilib, Gürcüstan hökumətinin nümayəndələrindən birini ora şəxsi nümayəndə kimi göndərib. Göndərməmək daha yaxşı olardı. Bu, indiki hakimiyyətin demokratiyanın necə işlədiyini anlamamasının başqa bir nümunəsidir.” -  deyə Qaxaria bildirib.
 

Bizimlə əlaqə saxlayın



Digər xəbərlər