28 
Iyn
2024
22:31
620

Marneuli-Tbilisi yolunda üç avtomobil toqquşub - Yaralılar var

Marneuli-Tbilisi yolunda yol qəzası baş verib.

InterPress.ge-nin məlumatına görə, Kumisi kəndi yaxınlığında 3 avtomobil toqquşub, nəticədə 5 nəfər xəsarət alıb.

Yaralılar müxtəlif dərəcəli bədən xəsarətləri ilə xəstəxanaya çatdırılıb.

Qəza yerinə təcili tibbi yardım və patrul polis qrupları səfərbər edilib.

Hadisə ilə bağlı araşdırmalara başlanılıb.

Bizimlə əlaqə saxlayın



Digər xəbərlər