
DİN insan alveri və xüsusilə ağır cinayət haqqında məlumat verməmək faktına görə 4 nəfəri həbs edib
Daxili İşlər Nazirliyinin Baş Cinayət Polis İdarəsinin Mütəşəkkil Cinayətkarlıqla Mübarizə Baş İdarəsinin əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat tədbirləri və istintaq hərəkətləri nəticəsində insan alveri və xüsusilə ağır cinayət haqqında məlumat verməmək faktına görə 4 nəfər həbs edilib.
InterPress.ge xəbər verir ki, bu barədə Gürcüstan Daxili İşlər Nazirliyinin mətbuat xidməti məlumat yayıb.
Qurumdan verilən məlumata görə, insan alveri ilə ittiham olunan və əvvəllər məhkum olunmuş şəxslər: 1972-ci il təvəllüdlü M.E. 1990-cı il təvəllüdlü L.A. və 1959-cu il təvəllüdlü E.L. həbs ediliblər. Həmçinin keçmişdə məhkum olunmuş 1972-ci il təvəllüdlü İ.K xüsusilə ağır cinayət barədə xəbər verməməkdə ittiham edilərək həbs edilib. Cinayətlərə görə 14 ilədək həbs cəzası nəzərdə tutulur.
“Aparılmış kompleks istintaq hərəkətləri nəticəsində müəyyən edilib ki, təqsirləndirilən şəxslər insan alveri planı hazırlayıblar. Planı tamamlamaq üçün əlil vətəndaş işə götürülərək cinsi istismara məruz qalıb. Xüsusilə, zərərçəkmiş psixoloji zorakılıq tətbiq etməklə müəyyən kompensasiya müqabilində başqa şəxslərə cinsi xidmət göstərməyə məcbur edilib. Bu yolla alınan pullara təqsirləndirilən şəxslər şəxsən sahib olublar. İstintaq həmçinin müəyyən edib ki, təqsirləndirilən şəxs İ.K. cinayət barədə hüquq-mühafizə orqanlarına məlumat verməsə də, sözügedən cinayət planından xəbəri olub."
İstintaq Gürcüstan Cinayət Məcəlləsinin 143-cü maddəsinin ikinci hissəsi və 376-cı maddəsi ilə aparılır", - Deyə məlumatda deyilir.