Gürcüstan vətəndaşı terrorla bağlı yalan məlumat verdiyinə görə saxlanılıb
Antiterror fəaliyyəti nəticəsində Gürcüstanın Dövlət Təhlükəsizliyi Xidməti terrorçuluq haqqında yalan məlumat vermə faktı ilə bağlı bir Gürcüstan vətəndaşını həbs edib.
InterPress.ge xəbər verir ki, bu barədə Dövlət Təhlükəsizlik Xidməti məlumat yayıb.
Qurumun məlumatına görə, DTX-da davam edən istintaq zamanı müəyyən edilib ki, həbs edilən şəxs bu il mayın 6-da Batumi şəhərinin iri ticarət mərkəzlərindən birində partlayıcı qurğunun olması barədə bildiriş verib.
“Daxil olan məlumatla bağlı Dövlət Təhlükəsizliyi Xidmətinin terrorla mübarizə bölmələri tərəfindən sözügedən ticarət mərkəzində terrorla mübarizə protokolunda nəzərdə tutulmuş müxtəlif növ xüsusi tədbirlər həyata keçirilib, nəticədə həmin ticarət mərkəzində partlayıcı qurğunun olmadığı müəyyən edilib.
Dövlət Təhlükəsizliyi Xidmətinin Terrorla Mübarizə Mərkəzi Gürcüstan Cinayət Məcəlləsinin 3 ildən 6 ilədək azadlıqdan məhrumetməni nəzərdə tutan 331-ci maddəsi ilə araşdırma aparır.
Qeyd edək ki, Dövlət Təhlükəsizliyi Xidmətində aparılan istintaq tədbirləri çərçivəsində ölkə ərazisində müxtəlif dövrlərdə insanların toplaşdığı yerlərdə, ticarət mərkəzlərində, təhsil müəssisələrində və beynəlxalq hava limanlarında onlarla yalan məlumat müəyyən edilib.
Antiterror əməliyyatları nəticəsində mesajların böyük hissəsinin xaricdən göndərildiyi müəyyən edilib. Xüsusi ölkələr, e-poçtlar və IP ünvanları müəyyən edilir. Dövlət Təhlükəsizliyi Xidməti tərəfdaş ölkələrin müvafiq qurumları ilə birlikdə yalan məlumatların arxasında duran şəxslərin və qrupların müəyyənləşdirilməsi istiqamətində fəal iş aparır.
Dövlət Təhlükəsizliyi Xidmətinin Terrorla Mübarizə Mərkəzi qeyd olunan faktlarla bağlı araşdırmalarını aktiv mərhələdə davam etdirir. Hazırda konkret şəxslər müəyyən edilib, barələrində əməliyyat-axtarış və istintaq tədbirləri davam etdirilir.
Eyni zamanda, biz vurğulayırıq ki, Dövlət Təhlükəsizliyi Xidmətinin terrorizmlə bağlı yalan məlumatların faktlarına reaksiyası kifayət qədər sərt olacaq”, - deyə DTX-nın yaydığı məlumatda deyilir.


