27 
Avq
2020
16:53
3832

Gürcüstana gələn bu şəxslər tibbi sığorta təqdim etməli və öz xərclərinə 12 günlük karantində qalmalı olacaqlar

"Gürcüstandan məsafəli işləmək istəyənlər tibbi sığortanı təqdim etməlidirlər".

InterPress.ge xəbər verir ki, bu barədə İqtisadiyyat və Davamlı İnkişaf Nazirliyinin Milli Turizm İdarəsinin rəhbəri Mariam Kvrivişvili hökumət iclasının sonunda bildirib.

Mariam Kvrivişvilinin sözlərinə görə, Gürcüstandan məsafəli işləmək istəyənlər aplikasiyadan stopcov.ge-də vasitəsilə istifadə edəcəklər, onlar ərizə doldurarkən bütün xərcləri öz vəsaiti hesabına ödəyə biləcəklərini əsaslandırmalıdırlar.

"Bildiyiniz kimi, Gürcüstan hökuməti, ötən müddət ərzində xarici vətəndaşlara müəyyən bir müddət ərzində Gürcüstana səyahət etməyi və məsafəli işləməyi təklif etmək məqsədilə turizm industriası üçün yenilikçi bir layihə olacaq təşəbbüs irəli sürmüşdü.

Sözügedən layihə çərçivəsində dünyanın 95 ölkəsindən çox vətəndaşına Gürcüstandan məsafəli işləməyə və Gürcüstanın unikal yerlərini kəşf etməyə imkan verilir.

Qeyd olunan sayda ölkələrin vətəndaşları Stopcov. ge saytında yerləşdirilmiş aplikasiyadan istifadə edə bilərlər.

Məsafəli işləmək üçün Gürcüstana gələcək olan xarici ölkə vətəndaşları müvafiq ərizəni doldurmalıdırlar. Prosedur olduqca sadə və aydındır, bu, bir insanın şəxsi məlumatını qeyd etməklə yanaşı, Gürcüstanda olduğu müddətdə bütün xərcləri təmin etmək üçün maddi imkanlarının olduğunu qeyd etməlidir .

Bu insanlar Gürcüstanı ailə üzvləri ilə, həyat yoldaşı və ya uşaqları ilə birlikdə səyahət edə biləcəklər. Eyni zamanda onların 12 günlük karantin müddətindən keçəcəklər, xarici vətəndaşlar karantin dövründə xərcləri öz ciblərindən ödəyəcəklər, bundan başqa onlar sağlamlıqlarını sığortalamaq məcburiyyətindədirlər ", - deyə Kvrivişvili bildirib.

Bizimlə əlaqə saxlayın



Digər xəbərlər