Əvvəllər məhkum olunmuş, 2000-ci il təvəllüdlü G.M.Batumidə quldurluq ittihamı ilə saxlanılıb.
InterPress.ge xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat verib.
Məlumata görə,o, valyutadəyişmə kabinəsini sındıraraq kassir-operatordan silah gücünə pul tələb edib.
“İstintaq müəyyən edib ki, təqsirləndirilən şəxs cari il iyunun 17-də Batumi şəhəri Çavçavadze küçəsində yerləşən valyutadəyişmə məntəqəsində kassir-operatordan pul tələb edib, lakin o, niyyətini həyata keçirməyib və hadisə yerindən qaçıb.
İstintaq Gürcüstan Cinayət Məcəlləsinin quldurluğa aid 179-cu maddəsi ilə aparılır. Cinayət 7 ilə qədər azadlıqdan məhrumetmə ilə cəzalandırılır.- deyə nazirliyin məlumatında bildirilib.
