17 
Iyn
2024
15:47
3836

İrakli Kobaxidze: Gürcüstanın cəzalandırılması ilə bağlı müxalifətin sevinci tezdir

"Gürcüstanın cəzalandırılması ilə bağlı müxalifətin sevinci tezdir".

InterPress.ge xəbər verir ki, bunu Gürcüstanın baş naziri İrakli Kobaxidze jurnalistlərə bildirib.

Hökumət başçısının qeyd etdiyi kimi, heç kim Gürcüstanı, Gürcüstan əhalisini və gürcü xalqının seçdiyi hökuməti cəzalandırmaq fikrində deyil.

“Mən Berlində bir neçə baş nazir, bir neçə baş nazirin müavini, bir neçə xarici işlər naziri ilə əlaqə saxladım və onlarda tamamilə sağlam əhval-ruhiyyə gördüm. Ona görə də bir daha deyirəm ki, Gürcüstanın cəzalandırılması ilə bağlı müxalifətin sevinci tezdir. Heç kim Gürcüstanı, Gürcüstan əhalisini, gürcü xalqının seçdiyi hökuməti cəzalandırmaq niyyətində deyil, ona görə də hər şey ölkə üçün xeyir, müxalifət üçün isə pis olacaq”, - deyə İrakli Kobaxidze bildirib.

Bizimlə əlaqə saxlayın



Digər xəbərlər