13 
Iyn
2024
22:50
1212

Marneulidə avtomobil piyadanı vurdu - FOTO

Marneuli şəhərinin Rustaveli küçəsində yol-nəqliyyat hadisəsi baş verib.

InterPress.ge xəbər portalına daxil olan məlumata görə, sürətlə hərəkət edən minik avtomobili piyadanı vurub.

Hazırda hadisə yerinə polis əməkdaşları cəlb olunub. Yaralı isə təcili yardım briqadası tərəfindən xəstəxanaya aparılıb. 

Faktla bağlı araşdırmalara başlanılıb.

Bizimlə əlaqə saxlayın