Sarvan” Folklor Ansamblı Gürcüstanı Türkiyədə təmsil edib
“Azərbaycan Evi”nin nəzdində fəaliyyət göstərən “Sarvan” Folklor Ansmablı İstanbul şəhərində Gürcüstan türklərini təmsil edib.
InterPress.ge xəbər verir ki, Türkiyənin Xaricdə Yaşayan Türklər və Əqraba İcmaları baş idarəsinin (YTB) və Türk Dünyası Araşdırmaları Fondunun təşəbbüsü və təşkilatçılığı ilə İstanbul şəhərində, 24-cü Türk Dünyası Uşaq Festivalı keçirilib.
Festivala Gürcüstan, Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Türkiyə, Başkürdüstan, Qaqauziya, Kırım, Yakutiya, Tatarıstan, Tuva, Bolqarıstan, Kabarda-Balkar, İrak, Axıska və şərqi Türkistan’dan 250-dən çox uşaq iştirakçı qatılıb.
Festivalda Türk Dünyası Araşdırmaları Fondunun rəhbəri Gözhan Yazqan, İstanbul şəhər Gənclər və idman idarəsinin rəhbəri Muhittin Özbay, İstanbul Milli Təhsil şöbəsinin rəhbəri Dr. Mücahit Yentürk, İstanbul Valisinin müavini Məhmət Sülün, Samsun Millət vəkili və MHP Gənəl başqan müavini Prof. Dr. İlyas Topsakal və Moldova’ya bağlı Qaqauziya Muxtar Respublikasının Mədəniyyət naziri Marina Semionova və başqaları çıxış ediblər.
Sonra Türk Dünyası’nın dört bir yanından gəlmiş 250-dən çox uşaqlar, öz ölkələrinin mədəniyyətini, incəsənətini və milli musiqisini ifa edib tanıdıblar.
Festivalda Cəmilə Səttərqızının rəhbərliyi altında Gürcüstanı təmsil edən “Sarvan” Folklor Ansambılı Azərbaycan milli musiqilərini və Borçalıya aid olan Tərəkəmə rəqsini ifa ediblər. Tərəkəmə rəqsi iştirakçılar tərəfindən coşquyla qarşılanıb.
Daha sonra festivalda iştirak edən qrup rəhbərlərini İstanbul şəhər valisi (qubernator) Davut Gül qəbul edib. Onlara festivalda iştirakı üçün təşəkkür edib.


