12 
Iyn
2024
10:33
347

Tikintiyə qarşı çıxan şəxlərə hücum edilib - İki nəfər yaralanıb

Martvil bələdiyyəsinin Baldi Kanyonu yaxınlığında planlaşdırılan tikintinin əleyhdarlarının dediyinə görə, gecə saatlarında tikinti əleyhdarlarının çadırlarına hücum edilib.

InterPress.ge xəbər verir ki,hücum nəticəsində iki nəfər yaralanıb.

Yaralılar Kutaisi klinikasına yerləşdirilib. Məlumata görə, onlardan birinin vəziyyəti ağırdır.

Yerli əhalinin verdiyi məlumata görə, çadırda olan insanlar Baldi Kanyonu yaxınlığında planlaşdırılan tikintinin sərmayəçisinə yaxın olan şəxs tərəfindən hücuma məruz qalıb.Cinayət törətməkdə şübhəli bilinən şəxslər polis tərəfindən yaxalanıb.

Qeyd edək ki, Martvil Bələdiyyəsinin Baldi Kanyonu yaxınlığında yaşayan sakinlər bir ildir ki, kanyonda davam edən işlərin dayandırılmasını tələb edirlər.

Bizimlə əlaqə saxlayın



Digər xəbərlər