11 
Iyn
2024
18:37
239

Kobaxidze: Xarici siyasət prioritetimiz Aİ-yə inteqrasiyadır

“Bizim əsas vəzifəmiz, xarici siyasət prioritetimiz Avropa İttifaqına inteqrasiyadır, ona görə də biz Avropa İttifaqında gedən proseslərə xüsusi diqqət yetiririk”.

InterPress.ge xəbər verir ki, Gürcüstanın baş naziri İrakli Kobaxidze bunu jurnalistin sualını cavablandırarkən deyib.

Hökumət başçısının sözlərinə görə, Aİ-də siyasi proseslərin mümkün qədər sağlam olması hamının marağındadır.

 “Əslində bəzi dəyişikliklər olacaq, amma mahiyyətcə, təbii ki, hər şey olduğu kimi inkişaf etməyə davam edəcək. Bu seçkilərə əsaslanan bəzi böhran əlamətləri var, bu, bir növ demokratik böhrandır, lakin mən əminəm ki, Avropa ortamüddətli perspektivdə bu böhrandan çıxacaq. Bu, hamının marağındadır, bizim əsas vəzifəmiz, xarici siyasət prioritetimiz Avropa İttifaqına inteqrasiyadır, ona görə də Avropa İttifaqında gedən proseslərə xüsusi diqqət yetiririk. Təbii ki, Avropa İttifaqında siyasi proseslərin mümkün qədər sağlam olması hamının marağındadır”, - deyə baş nazir bildirib.

Bizimlə əlaqə saxlayın



Digər xəbərlər