11 
Iyn
2024
13:45
282

İrakli Qaribaşvilinin ailəsi “TV Pirveli” telekanalını məhkəməyə verir 

“Gürcü Arzusu”nun sədri və keçmiş baş nazir İrakli Qaribaşvilinin ailəsi məhkəməyə müraciət edərək “TV Pirveli” telekanalında yayımlanan “Nodar Meladze şənbəsi” verlişində “Qaribaşvili Maran” MMC ilə fransalı investorun təsis etdiyi şirkət arasında bağlanmış icarə müqaviləsi haqqında gedən sujetə görə, süjetin böhtan kimi tanınmasını tələb edir.

InterPress.ge xəbər verir ki, bu barədə jurnalistlərə Qaribaşvili ailəsinin vəkili Amiran Qiquaşvili məlumat verib.

“Bu gün biz Tbilisi şəhər məhkəməsinə iddia qaldıraraq “TV Pirveli” televiziya şirkətinin “Nodar Meladze şənbəsi” verlişində “Qaribaşvili Maran” MMC ilə fransalı investorun təsis etdiyi şirkət arasında bağlanmış icarə müqaviləsi haqqında gedən sujetə görə, süjetin böhtan kimi tanınmasını tələb edirik. “Bu sujet “TV Pirveli” və konkret olaraq “Nodar Meladze Şənbəsi” verilişinin cənab İrakli Qaribaşvili və onun ailəsinə qarşı illərdir həyata keçirdiyi əvvəlcədən planlaşdırılmış böhtan kampaniyasının bariz nümunəsidir”, - deyə vəkil bildirib.  

Bizimlə əlaqə saxlayın



Digər xəbərlər