Baş nazir: Müxtəlif formatlarda biz Ukraynanın suverenliyi və ərazi bütövlüyünün dəstəklənməsini, Rusiyanın hərbi təcavüzünü pisləyən 600-dən çox qərarı və qətnaməni dəstəkləmişik
"Biz müxtəlif formatlarda Ukraynanın suverenliyinə və ərazi bütövlüyünə dəstək verən, Rusiyanın hərbi təcavüzünü pisləyən 600-dən çox qərarı, müxtəlif növ aktları, qətnamələri dəstəkləmişik. Ona görə də bizim siyasi mövqeyimiz çox qətidir və çox aydındır"
InterPress.ge xəbər verir ki, bu barədə Gürcüstanın baş naziri İrakli Kobaxidze Ukraynanın bərpasına dair konfransda iştirak etdiyi Berlində gürcü jurnalistlərə bildirib.
Hökumət başçısının sözlərinə görə, Ukraynaya humanitar yardımın həcmi çox genişdir.
“Bura, digər məsələlərlə yanaşı, Gürcüstandan Ukraynaya göndərilən humanitar yardım, eləcə də Gürcüstanın Ukraynadan olan 26 minə yaxın qaçqını qəbul etməsi və onlara müxtəlif üsullarla pulsuz xidmət göstərməsi daxildir. Təbii ki, biz ukraynalı uşaqlara xüsusi qayğı göstəririk. Onlara Gürcüstanda, o cümlədən Ukrayna dilində pulsuz təhsil verilir. Bu, bizim məsuliyyətimizdir, Ukrayna xalqı qarşısında borcumuzdur. Ukrayna xalqına maksimum dəstək göstərmək bizim borcumuzdur və bugünkü konfransda iştirakımız bunun daha bir ifadəsidir”, - deyə İrakli Kobaxidze bildirib.