11 
Iyn
2024
09:35
185

Şalva Papuaşvili: Qurulmuş "qəzəbli vətəndaş" səhnələri siyasi motivli terror kampaniyasıdır

"Aydındır ki, media üçün hazırlanan bu “qəzəblənmiş vətəndaş” səhnələri əslində Avropa adına aparılan mütəşəkkil və siyasi motivli terror kampaniyasıdır"

InterPress.ge xəbər verir ki, bu barədə Gürcüstan parlamentinin sədri Şalva Papuaşvili sosial şəbəkədə yazıb.

Onun qeyd etdiyi kimi, donorlar maliyyələşdirdikləri təşkilatların siyasi ekstremizmini təşviq etməklə terroru normallaşdırırlar.

“Sadəcə son bir neçə gündə Aİ büdcəsindən maliyyələşən üç qeyri-hökumət təşkilatının işçiləri:

- Parlament üzvlərini  güllə ilə hədələdilər (Levan Datunaşvili, “Jemnius”)

- Parlament üzvlərini təhdid və təhqirlə çağırdılar (Salome Nikolaişvili, Zuka Berdzenişvili, “Sirtshilia”)

- Ailəsi ilə birlikdə parlament üzvü ictimai məkanda hücuma və təhqirə məruz qaldı( Mariam Tsitsikashvili, "Grass" / "Factcheck")

Aydındır ki, media üçün hazırlanan bu “qəzəblənmiş vətəndaşlar” səhnələri əslində Avropa adına aparılan mütəşəkkil və siyasi motivli terror kampaniyasıdır. Donorlar maliyyələşdirdikləri təşkilatların siyasi ekstremizmini rədd etməklə terroru normallaşdırırlar”, - Şalva Papuaşvili yazıb.

 

Bizimlə əlaqə saxlayın